Ucnoqta.az
www.ucnoqta.az

"İki gecə Şamaxıda 950 manat, yoxsa 4 gecə Dohada 1275 manat?"

16:29 - 24 Noyabr 2025 tarixində dərc olunub.

Azərbaycanda bərkgedən otellər yeni il üçün qiymətlərini açıqlayıblar, 2 gecəsi (31 dekabr – 1 yanvar) adambaşı 750-950 manat arasıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Natiq Cəfərlinin sözlərinə görə, turizm şirkətlərindən biri, 28 dekabr – 1 yanvar arası, yəni, 4 gecə/5 günlük Dohaya yeni il turları təklif edirlər:
"Adambaşı, ortalama, 750 dollar qiymət təklif olunur, qiymətə daxildir:
– Aviauçuş
– Mehmanxanada gecələmə
– Səhər yeməyi əsasında qidalanma
- Sığorta
- Transfer qrup

Otellər 5 ulduzludur, siyahıda "Cielo Hotel Lusail", "Steigenberger Hotel & Residence Shaza Doha", "City Centre Rotana Doha", "Doubletree by Hilton Doha Old Town" kimi gözəl otellər var. Yəni, 4 gücə 5 gün yeni ili Dohada keçirmək aviabilet daxil 750 dollar, yəni 1275 manatdır.

Məsələn, Şamaxıda 2 gün qalsan, bayram keçirsən 950 manat ödəməli olacaqsan. İndi özünüz seçin, 2 gecə Şamaxı 950 manatmı, yoxsa 4 gecə Doha 1275 manatmı?! Şamaxıda günü (gecəsi) 475 manat, Dohada günü (gecəsi) 318 manat..."

Müəllif: Ucnoqta.az redaksiyası