Ucnoqta.az
www.ucnoqta.az

Nazir direktoru işdən azad etdi - FOTO

15:58 - 24 Noyabr 2025 tarixində dərc olunub.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nın direktoru Fəda Abbasov vəzifəsindən azad edilib.

Ucnoqta.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.

Əldə etdiyimiz məlumata görə, Fəda Abbasov işdən çıxmaq haqqında özü ərizə ilə müraciət edib.

Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC 2018-ci ildə yaradılıb və nizamnamə kapitalı 5 000 manatdır.

Müəllif: Ucnoqta.az redaksiyası