Ucnoqta.az
www.ucnoqta.az

TDT üzv ölkələrin QHT-ləri Azərbaycanda - FOTO

14:42 - 23 Noyabr 2025 tarixində dərc olunub.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

Ucnoqta.az xəbər verir ki, 2025-ci il noyabrın 23-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb.

İlk dəfə təşkil olunacaq forumun rəsmi açılışı noyabrın 24-də Bakıda keçiriləcək. Forumda “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı panel müzakirələri və “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” təşkil olunacaq.

Noyabrın 25-də isə Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin QHT-lərinin Platformasının təsis konfransı və “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası