Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

15:06 - 22 Noyabr 2025 tarixində dərc olunub.

Bakıda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb. Onun sərnişin qismində əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana aşkarlanıb.

V.İsmayılov ifadəsində narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və hissələrə ayırmaqla sataraq qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.

Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Polis bütün ölkəboyu narkotiklərlə əlaqəli əməliyyat və nəzarət-profilaktik tədbirləri bundan sonra da qətiyyətlə davam etdirəcək.

Müəllif: Ucnoqta.az redaksiyası