ABŞ Prezidenti Donald Tramp Ukraynanın "tezliklə" hələ də nəzarət etdiyi əraziləri itirəcəyinə əmin olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bunu Fox News-a verdiyi müsahibədə deyib.
"Onlar qısa müddət ərzində itirəcəklər, onlar ərazilərini itirirlər", - deyə Tramp təmas xəttindəki vəziyyətlə bağlı şərhində bildirib.