Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının (AK) sözçüsü Anita Hipper bildirib.
"Biz Rusiyaya qarşı 20-ci sanksiya paketi üzərində işləyirik", - deyə o bildirib.
AK mətbuat xidmətinin rəhbəri Paula Pinho brifinqdə bildirib ki, Avropa Komissiyası da Ukraynadakı razılaşmadan asılı olmayaraq Rusiya aktivlərini müsadirə etmək səylərini davam etdirəcək.