Ucnoqta.az
www.ucnoqta.az

Əmircanın bir hissəsində işıq olmayacaq

09:42 - 21 Noyabr 2025 tarixində dərc olunub.

Əmircanda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan verilən məlumata görə, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Əmircan qəsəbəsinin elektrik şəbəkəsində 21 noyabr tarixində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Elxan Həsənov, Malik Mustafayev, Zülal Tağıyev, İlham Şükürov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası