Ucnoqta.az
www.ucnoqta.az

ÜST 1300-ə yaxın işçisini işdən çıxaracaq

12:54 - 20 Noyabr 2025 tarixində dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) büdcə kəsirləri səbəbindən 1282 işçisini işdən çıxaracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib və o, 2026-2027-ci illərdə 1 milyard dollarlıq büdcə kəsirini ödəmək üçün vəsait tapmaqda ÜST üzv dövlətlərinin dəstəyinə ümid etdiyini bildirib.

ÜST üzv dövlətlərinin nümayəndələri üçün keçirilən brifinqdə çıxış edən Qebreyesus bildirib ki, 2026-2027-ci illər üçün azaldılmış büdcənin qəbul edilməsi ilə zəruri olan yenidənqurma prosesi demək olar ki, başa çatıb və yenidən təyinatlarla bağlı son addım qalır.

Baş direktor ÜST-nin yenidən təşkili prosesinə üzv dövlətlərin davamlı dəstəyinə ümid etdiyini bildirib və 2026-2027-ci illər üçün 1 milyard dollarlıq büdcə kəsirinin aradan qaldırılmasına kömək etməyə çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası