Ucnoqta.az
www.ucnoqta.az

Bu ərazilərdə işıq olmayacaq

11:18 - 20 Noyabr 2025 tarixində dərc olunub.

Bu gün Biləsuvar, Cəlilabad və Yardımlının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Bildirilib ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Cəlilabad rayonunda 110, Yardımlıda isə 35 kV-luq hava xəttində noyabrın 20-də təmir işləri aparılacaq:

"Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndləri, Biləsuvarın Əmənkənd qəsəbəsi, saat 11:00-dan 13:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq".

Müəllif: Ucnoqta.az redaksiyası