Vaşinqton administrasiyası Moskva və Kiyevin mövqelərini nəzərə alaraq Ukraynadakı münaqişənin həlli üçün təkliflər hazırlayır və hər iki tərəfin güzəştə getməli olduğuna inanır.
Ucnoqqta.az xəbər verir ki, ABŞ Dövlət Katibi Marko Rubio bunu 19 noyabrda bildirib.
O əlavə edib ki, davamlı sülhə nail olmaq üçün hər iki tərəfin çətin, lakin zəruri güzəştlərə razılaşması tələb olunur.
ABŞ Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, buna görə də hər iki tərəfin fikirlərinə əsaslanaraq bu müharibəyə son qoymaq üçün potensial təkliflərin siyahısını hazırlayırıq və hazırlamağa davam edəcəyik.