Ucnoqta.az
www.ucnoqta.az

Latviyada çimərlikdə dron tapılıb

00:00 - 20 Noyabr 2025 tarixində dərc olunub.

Latviyanın Liepaya şəhərindəki Karosta çimərliyinə pilotsuz uçuş aparatına (PUA) bənzər bir obyekt çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Latviya Dövlət Polisi X sosial media saytında məlumat verib.

Partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər gəlib.

Dövlət Polisi əlavə edib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Agentliyin məlumatına görə, heç bir təhlükə yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası