Ucnoqta.az
www.ucnoqta.az

Məktəblərdə şagird sayı azalır - Təhsil ekspertindən SOS

14:46 - 19 Noyabr 2025 tarixində dərc olunub.

5-6 il sonra I sinifə gedəcək şagird sayı 100000 nəfərə yaxın olacaq ki, bu da pedaqoji ixtisaslarda plan yerlərinin qarşıdakı illərdə azalması qərarının alınması deməkdir.

Ucnoqta.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndiyev deyir. Ekspert bildirir ki, bu il artıq bəzi ixtisaslarda bunu müşahidə etdik.

"Təbii artımın azalması təhsil sferasında bir neçə dəyişikliyə səbəb olacaq. Bir müddət əvvəl də dediyim kimi ilk növbədə məktəbəqədər təhsildə pedaqoji heyətdə ixtisarlar başlanacaq. Ardınca ibtidai sinif müəllimliyinə təsir göstərəcək. Ondan sonrakı mərhələdə digər fənn müəllimlərinə təsir göstərəcək. Əmək bazarında pedaqoji kadr ehtiyatının kifayət qədər çox olması işə qəbul meyarlarına da təsir edəcək. Ehtimalım odur ki, məktəbəqədər təhsil istiqamətində bir neçə il sonra yalnız ali təhsilli şəxslər, ibtidai və yuxarı siniflərdə isə yalnız ali təhsil və təkcə bakalavr deyil, magistr təhsili də tələb kimi qoyulacaq.

Təhsil müəssisələrinin bir neçəsi bağlanacaq (artıq optimallaşdırma və rasionallaşdırma prosesi ilə buna başlanılıb). 2030-cu il və sonrakı illərdə bunları daha aydın görəcəyik".

Müəllif: Ucnoqta.az redaksiyası