Ucnoqta.az
www.ucnoqta.az

İstanbul görüşü ləğv edildi

14:29 - 19 Noyabr 2025 tarixində dərc olunub.

ABŞ Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və Qəzza zolağındakı Fələstin HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya arasında 19 noyabrda İstanbulda keçirilməsi planlaşdırılan görüşü ləğv etmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.

Kanalın məlumatına görə, bu qərarın əsas səbəbləri İsrailin ABŞ administrasiyasına qarşı tənqidi və təzyiqidir.

İsrail tərəfi hesab edir ki, belə bir görüş ABŞ-nin HƏMAS-ın statusunu tanıması kimi şərh edilə bilər ki, bu da ABŞ Prezidenti Donald Trampın Qəzzadakı vəziyyəti həll etmək planını həyata keçirmək üçün İsrail ilə radikal hərəkat arasında dolayı danışıqları daha da çətinləşdirə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası