Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə həbs edilən Azərbaycan yığmasının baş məşqçisi azad edildi

11:57 - 19 Noyabr 2025 tarixində dərc olunub.

Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muaytay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, dünən Türkiyənin Antalya şəhərində keçirilən altı saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək həbs edilmişdilər.

Müəllif: Ucnoqta.az redaksiyası