Ucnoqta.az
www.ucnoqta.az

İran ABŞ ilə nüvə danışıqlarını öz şərtləri ilə bərpa etməyə hazırdır

10:13 - 19 Noyabr 2025 tarixində dərc olunub.

İran hakimiyyəti Tehranın tələblərini yerinə yetirərsə, İslam Respublikasının nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqları bərpa etməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, İranın Ali Lideri Ayətullah Əli Xameneinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi CNN-ə bildirib.

"Onlar ilk addımı atmalı və bizim müəyyən etdiyimiz şərtlərlə bizimlə əlaqə qurmağa hazır olduqlarını göstərməlidirlər", - deyə rəsmi bildirib. "Bu, bərabərlik və qarşılıqlı hörmətə əsaslanmalıdır". O əlavə edib ki, Tehran Vaşinqtonla uranın "zənginləşdirilməsi səviyyəsini" müzakirə etməyə hazırdır, lakin onun dayandırılmasını yox. 

Müəllif: Ucnoqta.az redaksiyası