Yaponiyanın Honşu adası sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Mərkəzin məlumatına görə, zəlzələnin ocağı isə 33 kilometr dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.