Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Alison Hukerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ucnoqta.az xəbər verir ki, görüş zamanı tərəflər Paşinyan və Tramp arasında əldə edilən razılaşmaların həyata keçirilməsi, işçi qruplarının fəaliyyəti, TRIPP layihəsinin həyata keçirilməsi və qarşıdan gələn proqramlar barədə müzakirələr aparıblar.