Ucnoqta.az
www.ucnoqta.az

Nazir tamştatlı müəllim konseptinin həyata keçiriləcəyi tarixi AÇIQLADI

13:33 - 17 Noyabr 2025 tarixində dərc olunub.

Tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, burada əsas diqqət verilməli olan məsələ isə işin mahiyyətidir:

"Hazırda konseptual mərhələdəyik və bu mərhələ ondan ibarətdir ki, mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin. Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq. Əməyin ödənilməsi ilə bağlı suallar da sadə deyil. Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır. Çünki hazırkı statistika müəllimlərin 4–6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır".

Müəllif: Ucnoqta.az redaksiyası