Ucnoqta.az
www.ucnoqta.az

4 avtomat, 8 tüfəng aşkarlanıb - DİN

11:09 - 17 Noyabr 2025 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 8 tüfəng, 8 patron darağı və 229 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ucnoqta.az redaksiyası