Ucnoqta.az
www.ucnoqta.az

"Bundan sonrası daha pis olacaq" - VİDEO

10:51 - 17 Noyabr 2025 tarixində dərc olunub.

"Hesab edirəm ki, Azərbaycan futbolu məhz legioner limitinə görə duruş gətirirdi". 

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev ötən gecə Fransaya 1:3 hesablı məğlubiyyətdən sonra deyib. 

O bildirib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək lazım deyil: "Biz özümüzü Belçika və ya Fransa ilə müqayisə etməməliyik. Nə Belçikayıq, nə də Fransa. Biz Azərbaycanıq, bircə peşəkar liqamız var. Əvvəl 10 komanda var idi, indi daha 2-si əlavə olunub. Sayı 12-yə çatdırmaqla, daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü. "İmişli"də neçə azərbaycanlı futbolçu oynayır? Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur. Səlahət Ağayevdən başqa kim əsas heyətdə çıxış edir? Heç kim!"

Qolkiper vəziyyətin getdikcə ağırlaşdığını bildirib: "Hamı yaxşı olacağını düşünür. Bundan sonrası daha pis olacaq. Tunelin sonunda işıq görmürəm. Şans yoxdur". 

Müəllif: Ucnoqta.az redaksiyası