Ucnoqta.az
www.ucnoqta.az

Tailand ordusu Kambocaya yeni hücum hazırlayır

09:23 - 17 Noyabr 2025 tarixində dərc olunub.

Kamboca təhlükəsizlik mənbələri sərhəd bölgəsində Tailand qoşunlarının mümkün yeni hücumları barədə xəbərdarlıq edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti məlumat yayıb.

Mənbələr qəzetə bildiriblər ki, Tailand əsgərləri 18 noyabrda Pursat əyalətinin Tmar Da və Opluk Damrei rayonlarında hücum həyata keçirməyi planlaşdırırlar. Qəzetin məlumatına görə, Kamboca hakimiyyəti vəziyyəti yaxından izləyir.

12 noyabrda Tailand qoşunları Kambocanın "Banteay Mienchey" əyalətindəki Prey Canh sərhəd kəndini atəşə tutub, nəticədə bir yerli sakin həlak olub, üç nəfər isə ağır yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası