Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda yanmış iki kişi meyiti aşkarlandı

18:30 - 16 Noyabr 2025 tarixində dərc olunub.

Lənkəran rayonunun Göyşaban kəndi ərazisindəki məişət tullantıları poliqonunda yanmış iki meyit aşkarlanıb.

"Report"un məlumatına görə, faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Onların kimliyi və hansı şəraitdə öldükləri araşdırılır. Hər iki şəxsin kişi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası