Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Naxçıvan-Sədərək yolunda qeydə alınıb.
Hadisə zamanı "Hyundai" markalı avtomobil qarşı hərəkət zolağında olan "Mercedes" markalı maşınla toqquşub.
Hadisə nəticəsində Şərur rayonunun Dərəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Bərzani Məmmədov diz qapağının sınığı, 2000-ci il təvəllüdlü Mirvari Məmmədova isə körpücük sınığı diaqnozu ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.