Ucnoqta.az
www.ucnoqta.az

Vatsap bu telefonlarda işləməyəcək - Siyahı

08:54 - 15 Noyabr 2025 tarixində dərc olunub.

Dünyanın ən populyar mesajlaşma tətbiqi olan vatsap 15 noyabrdan etibarən bir çox telefonda istifadəyə bağlanacaq. Yeniləmə dəstəyi Android və iOS əməliyyat sistemlərinə sahib telefonlardan çəkiləcək.

Modern.az xəbər verir ki, açıqlanan siyahıda “iPhone6” və “Samsung Galaxy S7” kimi məşhur modellər də yer alır.

Bununla vatsap 2016-cı il və ondan əvvəl istehsal edilmiş bir çox smartfona yeniləmə dəstəyi verməyəcək. Şirkət tətbiqə əlavə edilən yeni xüsusiyyətlərin daha zəif texniki təminata sahib cihazlarda performans problemlərinə səbəb olacağını açıqlayıb. Nəticədə, bu telefonlar tətbiqin yeni versiyalarını qəbul edə bilməyəcək və müəyyən bir müddətdən sonra vatsap tamamilə işləməyəcək. 

Dəstəyin kəsilməsinin yüzlərlə telefon modelinə təsir edəcəyi gözlənilir.

Android və iOS cihazlarına aid ən məşhur modelləri qeyd edirik:

Android cihazları:

“Huawei Mate 9 Pro”

“Samsung Galaxy S7”

“Xiaomi Mi Note 2”

“HTC 10 Evo”

“Sony Xperia XZ”

“Xiaomi Mi 5 Pro”

“Samsung Galaxy C9 Pro”

iOS cihazları:

“iPhone 6”

“iPhone 6s”.

Müəllif: Ucnoqta.az redaksiyası