Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan - Fransa matçının hakimləri bəlli oldu

14:49 - 14 Noyabr 2025 tarixində dərc olunub.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun 6-cı turunun Azərbaycan – Fransa görüşünün hakimləri açıqlanıb.

Ucnoqta.az UEFA-ya istinadən xəbər verir ki, matça Andris Treimanis təyin edilib.

Ona yan xətt hakimləri Haralds Qudermanis və Aleksey Spasennikov, dördüncü hakim isə Vitali Spasennikov kömək edəcək.

Hakimlər briqadası Latviyanı təmsil edir. Azərbaycan-Fransa matçı 16 noyabrda Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:00-da başlayacaq.

Müəllif: Ucnoqta.az redaksiyası