Ucnoqta.az
www.ucnoqta.az

Məktəblərdə tətildən sonra ilk dərs günü bu tarixdə başlayacaq

13:41 - 14 Noyabr 2025 tarixində dərc olunub.

Noyabrın 17-dən məktəblərdə beşgünlük payız tətili başlayacaq.

Ucnoqta.az xəbər verir ki, payız tətili 17-21 noyabr tarixlərini əhatə edəcək. 22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası