Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Sahil Mühafizəsi Havay yaxınlığında Rusiya hərbi gəmisini aşkarlayıb

08:16 - 14 Noyabr 2025 tarixində dərc olunub.

ABŞ Sahil Mühafizəsi oktyabr ayında Oahu adasından 28 kilometr cənubda Rusiya hərbi gəmisi aşkar etdiyini iddia edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə mühafizə idarəsi məlumat yayıb.

Bildirilir ki, ABŞ Sahil Mühafizəsi 29 oktyabrda Oahu adasından təxminən 15 dəniz mili cənubda ABŞ ərazi suları yaxınlığında Rusiya hərbi gəmisini aşkar edib və izləyib.

Gəminin kəşfiyyat gəmisi Kareliya olduğu deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası