Ucnoqta.az
www.ucnoqta.az

DİN diplomatik nömrəli avtomobilin qayda pozmasına münasibət bildirib

19:28 - 13 Noyabr 2025 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.

Məlumata görə, qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.

Qeyd edək ki, sosial şəbəkədə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb.

Müəllif: Ucnoqta.az redaksiyası