Barselonada yaşayan immiqrantların ümumi sayı 31%-dən çox və ya şəhər əhalisinin təxminən üçdə birinə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, 2000-ci ildə bu rəqəm 5% olub. Hazırda şəhərdə təxminən 1,7 milyon sakin yaşayır ki, bu da son dörd onillikdə ən yüksək göstəricidir.
Qeyd olunur ki, 25-39 yaş arası sakinlər arasında əcnəbilərin nisbəti artıq ispanların nisbətini üstələyir.
Barselonada ümumilikdə 183 millətin nümayəndəsi yaşayır. Bir çox əcnəbi Argentina, Venesuela, Honduras, İtaliya, Çin, Kolumbiya, Mərakeş, Pakistan, Peru və Ekvadordan gəlir.