Ucnoqta.az
www.ucnoqta.az

2026-cı il Dünya Kuboku Ronaldo üçün son turnir olacaq

21:23 - 11 Noyabr 2025 tarixində dərc olunub.

Portuqaliya futbol əfsanəsi Kriştiano Ronaldo 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kubokunun onun son turniri olacağını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, Ronaldo Ər-Riyadda keçirilən turizm forumu zamanı video bağlantı vasitəsilə sualı cavablandırarkən Fransanın RMC Sport radiostansiyasına bildirib.
"Bəli, mütləq. Mənim 41 yaşım olacaq və düşünürəm ki, bu, doğru vaxt olacaq", - ulduz futbolçu bildirib.

Portuqaliya kapitanının sözlərinə görə, peşəkar futboldan çıxması da üfüqdədir:

"Tezliklə" dedikdə, bu, yəqin ki, bir-iki il sonra deməkdir."

Müəllif: Ucnoqta.az redaksiyası