Ucnoqta.az
www.ucnoqta.az

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib

19:33 - 11 Noyabr 2025 tarixində dərc olunub.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Ucnoqta.az MN-ə istinadən xəbər verir ki, başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Müəllif: Ucnoqta.az redaksiyası