Ucnoqta.az
www.ucnoqta.az

Husilər atəşkəs pozularsa, İsrailə hücumları bərpa edəcəklərinə söz veriblər

13:59 - 11 Noyabr 2025 tarixində dərc olunub.

Yəmən üsyançı hərəkatının Ənsar Allah husiləri radikal Fələstin hərəkatı HƏMAS-a Qəzza zolağında atəşkəs pozularsa, İsrailə və İsrail dəniz gəmilərinə hücumları bərpa edəcəklərinə söz veriblər.

Ucnoqta.az xəbər verir ki, Associated Press (AP) agentliyinin məlumatına görə, bu barədə məktubu HƏMAS-ın hərbi qanadının rəhbərliyinə Husi silahlı qüvvələrinin qərargah rəisi Yusif əl-Mədəni göndərib.

"Biz hadisələri diqqətlə izləyirik və bəyan edirik ki, düşmən Qəzzaya qarşı təcavüzü bərpa edərsə, sionist qurumunun xətləri arxasında hərbi əməliyyatlarımızı bərpa edəcəyik, Qırmızı və Ərəb dənizlərində İsrail gəmilərini yenidən bloklayacağıq" - məktubda deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası