Ucnoqta.az
www.ucnoqta.az

İsrailin təhvil verdiyi fələstinli cəsədlərinin üçdə birinin şəxsiyyəti müəyyən edilib

15:49 - 10 Noyabr 2025 tarixində dərc olunub.

İsrail hakimiyyəti tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri vasitəsilə Qəzza zolağı Səhiyyə Nazirliyinə təhvil verilən ölən fələstinlilərin cəsədlərinin üçdə birindən azı şəxsiyyəti müəyyən edilib.

Ucnoqta.az xəbər veriir ki, bu barədə Qəzza zolağı Səhiyyə Nazirliyinin Telegram kanalında dərc olunmuş açıqlamada bildirilib.

Nazirliyin məlumatına görə, atəşkəs sazişi qüvvəyə mindikdən bəri 315 nəfərin qalıqları zolağa qaytarılıb.

Bu günə qədər yalnız 91 cəsədin şəxsiyyəti müəyyən edilib; qalanlarının şəxsiyyəti müəyyən edilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası