Ucnoqta.az
www.ucnoqta.az

37 min manatlıq dələduzluq edən şəxs saxlanılıb

12:54 - 10 Noyabr 2025 tarixində dərc olunub.

Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb. 

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası