Ucnoqta.az
www.ucnoqta.az

NATO Mülki dəniz hərəkətinə nəzarət təlimləri keçirir

15:44 - 7 Noyabr 2025 tarixində dərc olunub.

NATO mülki dəniz hərəkətinə nəzarət üzrə komanda məntəqəsi təlimləri keçirir, ticarət gəmiləri ilə "əlaqə saxlayır", o cümlədən "naviqasiyaya kömək" və "kritik sualtı infrastruktur üçün təhdidlər" üçün alqoritmləri sınaqdan keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nortvud şəhərindəki NATO Dəniz Komandanlığı məlumat verib.

NATO 3-14 noyabr tarixləri arasında mülki daşıyıcılarla əlaqə qurmaq üzrə Dinamik Master təlimi keçirir.

Komandanlıq bildirib ki, on altı NATO ölkəsi böhranlarda ticarət gəmilərinə rəhbərlik etmək və onları dəstəkləmək, mülki-hərbi əməkdaşlığı gücləndirmək üçün təlim keçir.

Təlim çərçivəsində NATO zabitlərindən ibarət qruplar "brifinqlər keçirmək və ticarət gəmiləri ilə qarşılıqlı əlaqədə olmaq" üçün Mallorca (İspaniya), Pirey (Yunanıstan), Tulon (Fransa) və Portsmut (Birləşmiş Krallıq) limanlarına yerləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası