Ucnoqta.az
www.ucnoqta.az

Bakıda evlər ən çox bu ərazilərdə bahalaşır -  SİYAHI

14:08 - 7 Noyabr 2025 tarixində dərc olunub.

"Bakıda Nərimanov, Nəsimi və Yasamal rayonları ilk növbədə qiymət artımının sürətlə baş verdiyi ərazilərdir. Həm tikintinin miqyasına görə, həm də vətəndaşların daha çox bu rayonlara üz tutmasına görə həmin rayonlarda qiymət artımı stabil olaraq davam edir".

Ucnoqta.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

O əlavə edib ki, ən çox mərkəz - metrolarla ifadə edilsə "İçərişəhər", "Sahil" və o cümlədən "28 May" ətrafı ərazilər daha çox dolduğundan qiymət artımı qeydə alınır:

"Ortalama hər ay 1-1,5 faiz qiymət artımı müşahidə olunur. Təbii ki, rayonlar üzrə bu rəqəm dəyişir. Hər bir rayonda fərqli faizləri ifadə edə bilərik. Son aylarda torpaq sahələri ortalama 3,4 faiz, qeyri-yaşayış obyektləri 2 faiz, fərdi yaşayış evləri 1,1 faiz, köhnə tikililər 0,7 faiz, yeni tikililər 1,9 faiz, təməldən (katlavandan) olan evlər isə 3 faiz civarında artıb.

Bu proses davam edir və düşünürəm ki, ilin sonunda ümumilikdə ötən ilə nisbətən təqribən 15-20 faiz arası qiymətlərin artımının şahidi olacağıq".

Müəllif: Ucnoqta.az redaksiyası