Ucnoqta.az
www.ucnoqta.az

"ASAN xidmət" mərkəzlərində bu tarixlərdə iş olmayacaq

10:41 - 7 Noyabr 2025 tarixində dərc olunub.

Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8-də və 9-da "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, noyabrın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Müəllif: Ucnoqta.az redaksiyası