Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan 88 nəfər saxlanılıb

10:01 - 7 Noyabr 2025 tarixində dərc olunub.

Noyabrın 6-da ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası