Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Karib dənizində narkotik daşıyan qayığı vurub

08:15 - 7 Noyabr 2025 tarixində dərc olunub.

Pentaqon rəhbəri Pit Heqset cümə axşamı günü ABŞ qüvvələrinin Karib dənizindəki beynəlxalq sularda narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia edilən daha bir qayığın məhv edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə X-də yazıb.

Heqset bildirib ki, qayıqda ABŞ hakimiyyətinin terrorçu təşkilat hesab etdiyi bir təşkilatın üzvləri tərəfindən narkotik daşınıb. 

Heqset qeyd edib ki, gəmidə üç "narko-terrorçu" olub.

Onlar ABŞ hərbçiləri tərəfindən həyata keçirilən zərbə nəticəsində öldürülüblər.

Müəllif: Ucnoqta.az redaksiyası