Ucnoqta.az
www.ucnoqta.az

Missisipidə kimya zavodunda güclü partlayış - insanlar təxliyyə olunur

08:19 - 6 Noyabr 2025 tarixində dərc olunub.

Missisipi ştatının Yazoo şəhərindəki CF Industries kimya zavodunda güclü partlayış baş verdi, ardınca zəhərli kimyəvi maddə sızması baş verib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində yaxınlıqdakı ərazilərin sakinləri təxliyə olunur. 

Şahidlər güclü təkan və havada güclü kimyəvi qoxu olduğunu bildiriblər. Partlayışın nəticəsi ammonyak sızması olub.

Zavodla həmsərhəd məhəllələrin sakinlərinə evlərini tərk etmək və təhlükəsiz yerə köçmək əmri verilib. Digər sakinlərdən evdə qalmaları və pəncərə və qapılarını bağlamaları xahiş olunur.

Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası