Ucnoqta.az
www.ucnoqta.az

Qazax qatarına əlavə reyslər təyin edilib

16:19 - 5 Noyabr 2025 tarixində dərc olunub.

Zəfər və Bayraq günləri ilə əlaqədar 10 və 11 noyabr tarixlərinin istirahət günü elan olunmasını nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Qazax-Bakı marşrutu ilə hər iki istiqamətə əlavə reyslər təyin edib.

Bu barədə Ucnoqta.az ADY-yə istinadən xəbər verir.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Müəllif: Ucnoqta.az redaksiyası