Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda sürət qatarının relsləri oğurlandı

16:59 - 5 Noyabr 2025 tarixində dərc olunub.

Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, əvvəllər məhkum olunmuşlar- 22 yaşlı X.Hüseynov, 23 yaşlı X.Ağayev və 26 yaşlı S.Elbruszadə saxlanılıblar.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası