Ucnoqta.az
www.ucnoqta.az

"Real" Vinisiusu satacaq

14:34 - 5 Noyabr 2025 tarixində dərc olunub.

İspaniya futbol klubu "Real Madrid"in rəhbərliyi braziliyalı hücumçu Vinisiusu 2026-cı ilin yayında satmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, son qərar "Barselona" ilə oyunda baş verən hadisədən sonra verilib.

"Real Madrid"in prezidenti Florentino Peres futbolçunun təxribatçı davranışından bezdiyi və heç bir oyunçunun klubdan daha vacib olmadığını göstərmək istədiyi bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası