Ucnoqta.az
www.ucnoqta.az

Doumen Çempionlar Liqasında oynayan ən gənc oyunçu oldu

00:01 - 5 Noyabr 2025 tarixində dərc olunub.

"Arsenal"ın yarımmüdafiəçisi Maks Doumen Çempionlar Liqası matçında meydana çıxan ən gənc oyunçu oldu.

Ucnoqta.az xəbər verir ki, Doumen UEFA Çempionlar Liqasının dördüncü turunun Çexiya təmsilçisi Slaviya Praqa ilə səfər matçında 15 yaş 308 günlüyündə əvəzedici heyətdə meydana çıxıb.

Əvvəlki rekord 8 dekabr 2020-ci ildə Zenit Sankt-Peterburqla qrup mərhələsi matçında 16 yaş 18 günlüyündə meydana çıxan alman hücumçu Yussuf Moukokoya məxsus idi. Moukonun oynadığı "Borussiya Dortmund" matçı 2-1 hesabı ilə qazandı.

"Slaviya" ilə matç Doumenın bu mövsüm "Arsenal"ın böyüklər komandası üçün beşinci oyunu idi. Hazırda hesab 3-0-dır.

Müəllif: Ucnoqta.az redaksiyası