Ucnoqta.az
www.ucnoqta.az

Filippində hərbi helikopter qəzaya uğrayıb - altı nəfər həlak olub

19:37 - 4 Noyabr 2025 tarixində dərc olunub.

Filippində Kalmaegi tayfunu zamanı hərbi helikopterin qəzasında ən azı altı nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, ABS-CBN News bu barədə hərbi rəsmilərə istinadən məlumat yayıb.

"Axtarış və xilasetmə əməliyyatları nəticəsində altı cəsəd tapılıb, ehtimal ki, onlar Super Huey helikopterinin pilotu və heyətinə məxsusdur", - deyə kanal hərbçilərdən sitat gətirib.

O, fəlakətlərin aradan qaldırılması işlərinə kömək etmək üçün ölkənin tayfun bölgələrinə gedən dörd helikopterdən ibarət qrupun bir hissəsi idi.

Hüquq-mühafizə orqanları hazırda hadisəni araşdırır və qəzanın səbəbini müəyyənləşdirir.

Müəllif: Ucnoqta.az redaksiyası