Noyabr ayının 3-də Beyləqan rayonu Dünyamalılar kənd Ə.Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqənin qalibi olmuş "Astronomiya olimpiadasına hazırlıq" layihəsinin açılışı olub. Açılışda məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
Ucnoqta.az xəbər verir ki, ilk öncə layihə müəllifi, məktəbin direktoru Əli Quliyev çıxış etdi. Əli Quliyev layihənin məqsədi, hədəf qrupları, keçiriləcək tədbirlər barədə iştirakçılara məlumat verdi.
Daha sonra çıxış edən təlimçilər - Sehrayyə Əliyeva və Fərəh Bəylərova astronomiya elminin əhəmiyyəti, hazırkı inkişafı, bəşəriyyətin həyatında oynadığı rol, Azərbaycanda bu elm sahəsinin inkişafı, dövlətimizin astrinomiyanın inkişafına qayğısı və s.-dən bəhs etdilər.