Ucnoqta.az
www.ucnoqta.az

HƏMAS üç İsrail girovunun cəsədini BQXK-ya təhvil verəcək

21:03 - 2 Noyabr 2025 tarixində dərc olunub.

Fələstin HƏMAS hərəkatı daha üç İsrail girovunun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

Ucnoqta.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının Telegram kanalında dərc edilib.

Onlar girovlardan birinin sənədlərinin fotosunu yayımlayıb və iddia edirlər ki, onun qalıqları yerli vaxtla saat 20:00-da BQXK-ya təhvil veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası