Ucnoqta.az
www.ucnoqta.az

Salyanda avtomobil yandı

20:58 - 2 Noyabr 2025 tarixində dərc olunub.

Salyan rayonunda (Ələt-Astara avtomobil yolunun 33-cü kilometrliyi) “Haval” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası