Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda 17 yaşlı oğul anasını öldürdü

10:41 - 31 Oktyabr 2025 tarixində dərc olunub.

Xaçmazda qadın qətlə yetirilib.

Ucnoqta.az xəbər verir ki, hadisə iki gün əvvəl rayonun Çaykənarı kəndində qeydə alınıb.

Belə ki, 1983-ci il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızı oğlu tərəfindən bıçaqlanıb və bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İki gün xəstəxanada müalicə alan H.Məmmədova bu gün ölüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası