Ucnoqta.az
www.ucnoqta.az

Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı

19:13 - 30 Oktyabr 2025 tarixində dərc olunub.

Prezident Volodimir Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddətini üç ay müddətinə uzadan qanunlar imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat verib.

Parlamentin Telegram kanalında paylaşılan məlumata görə, Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini 90 gün - 5 noyabr 2025-ci il tarixindən etibarən uzadan qanunlar imzalayıb.

Müəllif: Ucnoqta.az redaksiyası